Astana. Trend:
Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlətxadimidir
Trend xəbərverir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart TokayevAzərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasındastrateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərininmöhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimiqiymətləndirirəm. İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmlidövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazibütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfəverib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsindəAzərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib.Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydənəvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlıartımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizinölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycaniqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq iləfərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formadaolmasının inandırıcı göstəricisidir.