Ukrayna prezidenti Volodimir Zelenski amerikalı və rusiyalı həmkarlarının arasında danışıqlara tələsməyən Rusiya tərəfinin bəyanatlarına münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.
“Cəmi bir neçə həftə əvvəl Putin “Tomahavk”ın əsl təzyiqini və təhdidini hiss etdi, dərhal diplomatiyaya qayıtmağa hazır olduğunu göstərdi. Və təzyiqlər bir qədər azalan kimi rusiyalılar diplomatiyadan kənara hoppanmağa və dialoqu təxirə salmağa çalışmağa başladılar”, – Ukrayna lideri vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Tramp görüş üçün dəqiq tarix təyin etməyiblər (“RİA Novosti”). Peskov bunu “ciddi hazırlıq və vaxtın” tələb olunması ilə izah edib.
Xatirə SADİQ
 
                        