AZ

Qareginə çağırış edildi: Yır-yığış eləməyə başla

BAKI, 21 oktyabr. TELEQRAF

“II Qareginə təklif edirəm ki, əşyalarını yığmağa başlasın, o, patriarxın iqamətgahını tərk etməməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

Vitse-spiker bütün ermənilərin katolikosu II Qaregini kilsə əleyhinə fəaliyyətlərdən ittiham edib.

“Ktriç Nersisyan (II Qaregin) elə bir adamdır ki, Tanrı qarşısında verdiyi andını pozub. Bu adam 44 günlük müharibədə qardaşını itirmiş kilsə xidmətçisinə təzyiq edib ki, anası ilə birlikdə hökumətə qarşı mitinqə qatılsın. Erməni Apostol Kilsəsinin başında belə bir adam dayana bilməz ki, başqalarına öz iradələrinə zidd hərəkət etməyə məcbur etsin.

Ktriç Nersisyana təklif edirəm: əşyalarını yığmağa başlasın, o, təkcə patriarxın iqamətgahını tərk etməməlidir, həm də kilsədəki vəzifəsindən uzaqlaşdırılmalıdır”, - Rubinyan qeyd edib.

Seçilən
77
teleqraf.com

1Mənbələr