İkinci Liqanın 6-cı turu çərçivəsində “Araz Saatlı” futbol klubu öz meydanında “Xankəndi”ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, turnir cədvəlinin son pilləsində qərarlaşan meydan sahibləri 90 dəqiqənin sonunda qapılarında 14 cavabsız qol görüblər.

6 turdan sonra xallarını 15-ə çatdıran İbrahim Uzuncanın yetirmələri turnir cədvəlində yenidən ilk pilləyə yüksəlib.