Bakı. Trend:
Türkiyənin Qars Qafqaz Universitetində Müasir Türk Ləhcələri vəƏdəbiyyatı bölməsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının 20illik yubileyinə həsr olunan beynəlxalq elmi simpoziumkeçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilənməlumata görə,Qarabağ Zəfərinin 5-ci ildönümü və 18 oktyabr –Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunan tədbir QarsQafqaz Universitetinin təşəbbüsü, Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Qarsdakı BaşKonsulluğunun dəstəyi ilə baş tutub.
Tədbirin açılışında Azərbaycan və Türkiyənin Dövlət himnlərisəsləndirilib, hər iki ölkənin şəhidlərinin əziz xatirəsi yadolunub, Qarabağ Zəfəri və adıçəkilən ixtisasın tarixçəsi ilə bağlıvideoçarxlar göstərilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı HikmətBabaoğlu, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik NizamiCəfərov, Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev, QarsQafqaz Universitetinin prorektoru Engin Kılıç, Diasporla İş üzrəDövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, AzərbaycanınTürkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova,Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini SəttarKaya və başqaları çıxış edərək, Qarabağ Zəfərinin 5-ci ildönümü və18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrikləriniçatdırıb, simpoziumun işinə uğurlar arzulayıblar.
Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan vəQırğızıstandan olan mütəxəssislərin iştirakı ilə panellər şəklindədavam edib.
Qars şəhərində “Bir millət, iki dövlət” adlı musiqi otağı isə“Prof. Dr. Fahrettin Kırzıoğlu adına Elm və Sənət Mərkəzi”ndəaçılıb.
Açılış mərasimində Azərbaycan-Türkiyə qardaşlığınıngüclənməsində Ulu Öndər Heydər Əliyevin rolundan söz açılıb, həriki ölkənin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanıniki ölkənin qardaşlıq münasibətlərini möhkəmləndirməsindənməmnunluq ifadə olunub. Digər sahələrlə yanaşı, mədəniyyətsahəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyivurğulanıb.
Sonra “Bir millət, iki dövlət” musiqi otağının açılışınıbildirən qırmızı lent kəsilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.