"Neftçi" 2 gün əvvəl Bakıya gələn Vensan Abubakar barədə sükutu pozub. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın yeni transferi klubda tibbi müayinədən keçib. Onun sağlamlığında bir problem aşkarlanmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tezliklə tərəflər arasında rəsmi müqavilənin imzalanması elan ediləcək.