AZ

Görkəmli folklorşünas alim Azad Nəbiyevin biblioqrafik göstəricisi nəşr edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Görkəmli folklorşünas-alim, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin 80 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur.

Göstəricidə Azad Nəbiyevin həyatı, elmi-pedaqoji və ictimai siyasi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası - kitab, məqalə və məruzələri, həmçinin alim haqqında yazılmış mənbələr və s. yer alıb.

Biblioqrafiya filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Bu nəşrin elektron versiyası ilə kitabxananın saytında tanış olmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
azertag.az

2Mənbələr