AZ

Macarıstan və Rumıniyada iki neft emalı zavodunda partlayış baş verib

Hadisələrin səbəbi araşdırılır, mümkün diversiya versiyası istisna edilmir...

Poliqon xəbər verir ki, oktyabrın 20-də Macarıstan və Rumıniyada eyni gün iki böyük neft emalı müəssisəsində partlayış qeydə alınıb. Hadisələrin səbəbləri hələlik müəyyən edilməsə də, ilkin məlumatlara görə, hər iki zavodda diversiya ehtimalı istisna olunmur.

Macarıstanda baş verən hadisə ölkənin əsas neft emalı müəssisələrindən biri — MOL şirkətinə məxsus zavodda qeydə alınıb. Bildirilir ki, burada əsasən “Drujba” (Dostluq) boru kəməri vasitəsilə Rusiyadan gətirilən neft emal olunur. Partlayışdan sonra zavodun bir hissəsində yanğın başlayıb, hadisə yerinə fövqəladə xidmətlər cəlb edilib.

Eyni gün Rumıniyanın cənubunda yerləşən Petrotel-Lukoil zavodunda da güclü partlayış baş verib. Müəssisə Rusiyanın “LUKOIL” şirkətinin Rumıniyadakı törəmə şirkəti tərəfindən idarə olunur. Partlayışın miqyası və nəticələri barədə ətraflı məlumat açıqlanmasa da, yerli mənbələr hadisə zamanı zavodun fəaliyyətinin dayandırıldığını bildiriblər.

Hazırda hər iki ölkədə istintaq orqanları və təhlükəsizlik qurumları hadisələrin səbəblərini araşdırır. Ekspertlərin fikrincə, bu partlayışlar Avropa İttifaqının enerji siyasətində Rusiya ilə əməkdaşlığı davam etdirən şirkətlərə qarşı yönəlmiş mümkün təxribat aktları ola bilər.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr