Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq “Elmlər Akademiyası” metrostansiyasınıBayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrəmüsabiqənin qalibi müəyyən edilib.
Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 53 nömrəli marşrut üzrə hüquqi şəxs"Transkontrol" MMC komissiya üzvləri tərəfindən qalib elanolunub.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığıntəmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.