AZ

Qırmızıda dayanmayıb qoşa xəttin üzərindən şütüyən sürücü görün necə təhlükə saçdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 20-də saat 14:11 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 10-AZ-869 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü qoşa xətti tapdalayaraq əks istiqamətli yola çıxıb. Eyni zamanda o, işıqforun qırmızı işığında dayanmadan hərəkət edib. Nəticədə qayda pozan sürücü keçiddən yolu keçən piyadanı da gözləməyib və bu zaman ona qəza şəraiti yaradıb. 

Qaydaların bu cür kobud şəkildə pozulması həm piyadalar, həm də digər sürücülər üçün ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, yol hər birimizin məsuliyyət zonasıdır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
avtosfer.az

1Mənbələr