AZ

Ərdoğan Küveyt əmiri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri çərçivəsində Küveyt Əmiri Şeyx Mişal əl-Əhməd əl-Cabir əl-Sabah ilə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüşdə Türkiyə-Küveyt əlaqələri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan investisiya, enerji, ticarət və müdafiə sahələrində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb, Körfəz Əməkdaşlıq Şurası ilə Azad Ticarət Sazişi danışıqlarının ticarəti inkişaf etdirəcəyini bildirib. O, Qəzzada atəşkəsin qorunmasının, iki dövlətli həllin və Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünün vacibliyini qeyd edib.

Seçilən
83
3
apa.az

4Mənbələr