“Rosneft” şirkəti Kulevidəki yeni neft emalı zavoduna təchizat həyata keçirib...
Poliqon xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Rusiya şirkəti “Rusneft” bu ay Gürcüstanın Kulevi şəhərində fəaliyyətə başlayan yeni neft emalı zavoduna ilk neft partiyasını göndərib. Bu barədə məlumat LSEG şirkətinin gəmi izləmə sisteminin məlumatlarına və sənaye mənbələrinə əsaslanır.
Rusiya və Gürcüstan 2008-ci ildən bəri rəsmi diplomatik münasibətlərə malik olmasa da, hakim “Gürcü Arzusu” partiyasının dövründə Tbilisi Moskva ilə iqtisadi əlaqələri dərinləşdirib. Bununla yanaşı, Gürcüstanın Qərb ölkələri ilə münasibətləri son illərdə xeyli pisləşib.
LSEG məlumatına və treyderlərdən birinin açıqlamasına görə, 6 oktyabr tarixində “Kaiseri” adlı tanker Novorossiysk limanından Siberian Light markalı 105 340 metrik ton neft daşıyaraq Kulevi neft terminalına çatdırıb.
Gürcüstan öz ilk neft emalı zavodunu istifadəyə verməklə Rusiya, Türkiyə, Azərbaycan, Rumıniya və Qazaxıstandan yanacaq idxalından asılılığı azaltmağı hədəfləyir. Yeni müəssisənin fəaliyyətə başlaması ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə və daxili bazarda sabitliyin artırılmasına yönəlib.
Poliqon.info