AZ

Dövlət mülkiyyətinə keçən əmlakın hərracda satılması qaydalarında dəyişiklik edilib

Bakı. Trend:

“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasındadövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərracaçıxarılması və hərracda satılması barədə Təlimat”da dəyişiklikedilib.

Trend-inməlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarovmüvafiq qərar imzalayıb.

Mövcud qanunvericiliyə əsasən, hərracın iştirakçısı olmadıqda(sifariş verilmədikdə), hərracın qalibi olmadıqda (iştirakçıbiletini qaldırmadıqda) və ya hərracın qalibi tərəfindən protokolimzalanmadıqda həmin gün hərracın baş tutmaması barədə protokoltərtib olunur və Təşkilatçı tərəfindən rəsmi internet səhifəsindəhərracın baş tutmaması haqqında elan və həmin əmlakın növbətihərracda satışı barədə elan yerləşdirilir.

Yeni qərara əsasən, birinci hərrac baş tutmadıqdaTəşkilatçı tərəfindən hər növbəti hərraclararası müddət 10 gündənaz olmayaraq müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, qərar oktyabrın 10-da qəbuledilib, oktyabrın 17-də Hüquqi Aktların Dövlət Reyestrinə daxiledilib, oktyabrın 18-dən qüvvəyə minib.

Seçilən
68
1
az.trend.az

2Mənbələr