
21 oktyabr tarixində Bakı Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış karyera sərgisi keçirilib. Sərginin əsas məqsədi tələbə və məzunların əmək bazarına inteqrasiyasını sürətləndirmək, onları peşəkar mühitlə daha yaxından tanış etmək və real iş imkanları ilə təmin etmək olub.Tədbirdə ölkənin maliyyə sektorunda lider mövqedə olan 12 tanınmış bank iştirak edib. Hər bir bank öz fəaliyyət sahəsi üzrə təqdimatlarla çıxış edərək iştirakçılara karyera imkanları, təcrübə proqramları və vakansiyalar barədə məlumat verib. Ümumilikdə 100-dən çox aktual vakansiya tələbə və məzunların diqqətinə təqdim olunub.Ulusum.az xəbər verir ki, sərgi çərçivəsində işəgötürənlərlə tələbələr arasında birbaşa ünsiyyət imkanı yaradılıb, iştirakçılar CV təqdim etmək, suallar vermək və ilkin müsahibələrdə iştirak etmək şansı qazanıblar. Tədbir tələbələrin peşəkar inkişafı və gələcək karyera planlaşdırması baxımından mühüm əhəmiyyət daşıyıb.R.Daşdəmirova
Diqqət Çəkənlər
"Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək
Dünyanı Sənat Qurtaracaq
Gədəbəylilərdən çıxan əfsanə: Gədəbəylı Viktor Ern