Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna Dövlət Təhqiqat Bürosu "Ukrenerqo"nun keçmiş rəhbəri Vladimir Kudritskinin evində axtarışlar aparıb.
Oxu.Az-ın "UNIAN" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Məlumata görə, istintaq hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət şirkətinin vəsaitlərinin mənimsənilməsi faktları üzrə aparılır. Bildirilib ki, söhbət meşə ağaclarının kəsilməsi həcminin və enerji magistrallarının çəkilməsi zamanı podrat işlərinin dəyərinin artırılmasından gedir.
Qeyd olunub ki, axtarışlar, həmçinin "Ukrenerqo" şirkətində, podratçı təşkilatın binalarında və müəssisənin sxeminə cəlb edilən digər şirkətlərdə də aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.