AZ

II Liqa: Saatlıda 14 qol vuruldu, çempionatda üçhakimiyyətlik yarandı

Azərbaycan II Liqasında 6-cı tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son oyun günündə 3 matç keçirilib. 

Çempionluğa iddialı "Xankəndi" aşkar autsayder "Araz Saatlı"ya divan tutub. İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda səfərdə rəqibini 14 dəfə topu tordan çıxarmağa məcbur edib. "Ağdaş" ilə "Şəki Siti"nin duelindən isə ikincilər böyük hesabla qalib ayrılıblar. 

Nəhayət, debütant olmasına baxmayaraq, uğurlu çıxış edən "Şirvan"ın növbəti qurbanı "Dinamo" olub. 7 qolun vurulduğu görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıblar.

Beləliklə, çempionatda üçhakimiyyətlik yaranıb. "Qaradağ Lökbatan", "Şirvan" və "Xankəndi" 15 xalla 1-3-cü yerləri bölüşürlər.

Tur çərçivəsində dünən baş tutan oyunlar belə nəticələnib:

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
“Kür-Araz” – “Quba” 1:6
“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1

Azərbaycan II Liqası
6-cı tur
21 oktyabr 

“Araz Saatlı” – “Xankəndi” 0:14
Qollar:
 E.Hüseynzadə, 20. R.Abdullayev, 34-öz qapısına. B.Teymurov, 44; 74; 85; 90. T.Qurbatov, 47; 56; 79. S.Ağayev, 54; 81. E.Quliyev, 63. T.Mütəllimov, 78. A.Topalov, 83.

“Ağdaş” – “Şəki Siti” 0:3
Qollar:
 R.Əhmədov, 26-öz qapısına; 43-öz qapısına. Cavid İmamverdiyev, 32.

“Şirvan” – “Dinamo” 4:3
Qollar:
 E.Xəlilli, 9. N.İsayev, 16. C.Baxşəliyev, 55. E.Xəlilov, 85 - X.Qocayev, 50. F.Dəmirov, 65. V.Seyidov, 72-pen.

Seçilən
107
fanat.az

1Mənbələr