AZ

Ərdoğanı Küveytdə belə qarşıladılar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfər edib.

Publika.az xəbər verir ki, Ərdoğanı Küveyt Beynəlxalq Hava Limanında ölkə əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah təntənəli mərasimlə qarşılayıb.

Qarşılama mərasimində Küveytin ictimai işlər naziri Dr. Nora Məhəmməd Əl Maşaan, Şeyx Məhəmməd Sabah əl-Səlim əs-Sabah, digər rəsmi şəxslər və Türkiyənin Küveytdəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra Ərdoğan və onun nümayəndə heyəti ikitərəfli və geniş tərkibli danışıqların keçiriləcəyi Bayan Sarayına yola düşüblər.

Seçilən
109
publika.az

1Mənbələr