Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana çatdırılacağı marşrutla bağlı təfərrüatları açıqlayıb.
News24.az xəbər verir ki, Papoyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Yaxın vaxtlarda Qazaxıstan taxılının ilk partiyası Aktau–Bakı marşrutu ilə, daha sonra isə Azərbaycan–Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana gətiriləcək. Sülh bərqərar olunub”, - deyə o, “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib.
Teymur