Rusiyada fəaliyyət göstərən Strasti portalının məlumatına görə, tanınmış müğənni və sahibkar Emin Ağalarovun təsis etdiyi SERVIS HALL MMC-nin yüz minlərlə rubl borcu var.
Bildirilir ki, Ağalarov restoranları olan və yeməklərin çatdırılması xidmətləri göstərən şirkətdə 100 faiz paya malikdir. Hazırda bu şirkətlə bağlı 6 icra icraatı başlanıb.
İcra rüsumları daxil olmaqla, bütün bu proseslər üzrə ümumi borc 478.000 rubl təşkil edib. Əksər hallarda bu borcun yaranmasına səbəb məhkəmə tərəfindən qoyulan cərimələr olub.
Musavat.com