BAKI, 21 oktyabr. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritteri qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası məlumat yayıb.
Katib Aİ missiyasının fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gedişatını müzakirə edib, gələcək qarşılıqlı fəaliyyət imkanları və perspektivlərinə toxunublar.