AZ

Lavrov-Rubio görüşü təxirə salınıb?

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova, Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında bu həftə keçirilməsi gözlənilən görüşün təxirə salındığına dair Qərb mediasında yayılan xəbərlərə reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, Zaxarova “Sputnik” agentliyinə verdiyi açıqlamada bildirib ki, Qərb mediası yayılan xəbərlər yayırlar, sonra da həmin şayiələri özləri təkzib edirlər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə yayılan xəbərlərə cavab olaraq deyib ki, razılaşdırılmamış bir şey təxirə salına bilməz.

Rusiyalı diplomat bu cür görüşlərin əhəmiyyətli olduğunu və ciddi hazırlıq tələb etdiyini vurğulayaraq əlavə edib:

“Biz də bu istiqamətdə çalışırıq. Dünən nazirlər arasında keçirilən telefon danışığı bu mövzuya həsr olunmuşdu”.

Seçilən
77
cebheinfo.az

1Mənbələr