AZ

FES faiz dərəcəsini bu il iki dəfə 25 baza bəndi azaldacaq - PROQNOZ

BAKI, 21 oktyabr. TELEQRAF

Federal Ehtiyat Sistemi növbəti toplantılarında faiz dərəcəsini 25 baza bəndi azaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters”in iqtisadçılar arasında sorğusunun nəticələrində qeyd edilib.

Bir ay əvvəl iqtisadçılar cari ildə bir dəfə faiz endirimi proqnozlaşdırsalar da, lakin son proseslər FES rəsmilərinin əlavə endirimlərə müsbət yanaşdıqlarını göstərir.

Sorğuda iştirak edən 117 iqtisadçıdan 115-i faiz dərəcəsinin oktyabrın 29-da yenidən azaldılaraq 3,75–4,00% aralığına endiriləcəyini proqnozlaşdırıb. İki nəfər isə oktyabrda 25, dekabrda isə 50 baza bəndi endirim gözləyir.

İqtisadçılar gələn ilin sonuna faiz dərəcəsinin 2,25–2,50% ilə 3,75–4,00% arasında dəyişəcəyi barədə fərqli proqnozlar veriblər. Bu qeyri-müəyyənlik Cerom Pauellin səlahiyyət müddətinin mayda başa çatmasından sonra yeni rəhbərin kim olacağı ilə bağlı gözləntilərlə bağlıdır.

Seçilən
95
27
teleqraf.com

10Mənbələr