AZ

Bakı məktəblərində dərslik çatışmazlığı var? - AÇIQLAMA

Yeni tədris ilinin başlamasından bir aydan artıq vaxt keçsə də, paytaxtdakı bəzi məktəblərdə şagirdlərə dərsliklərin tam şəkildə verilmədiyi bildirilir. Bu vəziyyət həm şagirdlər, həm də valideynlər arasında narazılığa səbəb olub. Onların sözlərinə görə, bəzi siniflərdə dərs vəsaitləri ya kifayət etmir, ya da ümumiyyətlə paylanmayıb. Nəticədə dərs prosesində çətinliklər yaranır.

Day.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, 2025-2026-cı tədris ili üçün ümumi təhsil məktəbləri dərslik komplektləri ilə tələbata uyğun şəkildə təmin olunub.

İdarədən əlavə olaraq qeyd edilib ki, əgər hansısa səbəbdən əlavə dərsliyə ehtiyac yaranarsa, bu hallarla bağlı müvafiq qaydalara əsasən operativ tədbirlər görülür.

Bununla belə, bəzi məktəblərdə vəziyyət fərqli görünür. Məsələn, 265 nömrəli məktəbdə bir neçə sinfin şagirdləri müəyyən fənlər üzrə kitabların hələ də verilmədiyini bildirirlər. Valideynlər oxşar halların digər məktəblərdə də müşahidə olunduğunu qeyd edərək, məsul qurumların problemi inkar etməklə deyil, onu vaxtında və effektiv şəkildə həll etməklə məşğul olmalarının vacibliyini vurğulayırlar.

Seçilən
116
day.az

1Mənbələr