ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az Polşanın “Polska Agencja Prasowa” dövlət agentliyinə istinadən xəbər verir ki, ölkənin baş naziri Donald Tusk “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib. “Son günlər Daxili Təhlükəsizlik agentliyi (ABW) digər qurumlarla birlikdə ölkə daxilində təxribat törətməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb. İş əlavə olaraq araşdırılacaq. Növbəti əməliyyat tədbirləri davam etdirilir”, - Donald Tusk yazıb. Baş nazirin sözlərinə reaksiya verən Xüsusi xidmətlərin koordinatoru və Polşanın Daxili İşlər və Administrasiya naziri Tomaş Semonyak Tuskun yazdıqlarının hərbi obyektlərin və kritik infrastruktur elementlərinin kəşfiyyatı, təxribat üçün vasitələrin hazırlanması və birbaşa hücumların həyata keçirilməsinə aid olduğunu vurğulayıb. - ABW ölkənin Hərbi əks-kəşfiyyatı (SKW), polis və prokurorluq ilə sıx əməkdaşlıq edir”, - Semonyak özünün “X” profilində bildirib. Xatırladaq ki, avqust ayında ABW Polşada təxribat aktı hazırlamaqda ittiham olunan Ukrayna vətəndaşını saxlayıb. Tomaş Semonyakın sözlərinə görə, saxlanılmış 17 yaşlı gənc “xarici qurumların sifarişi ilə” Subkarpat voyevodalığının Domostava kəndində Volın qırğını qurbanlarının xatirəsinə ucaldılmış abidəni zədələyib. Onda baş nazir Donald Tuskun ofisi Rusiya tərəfinin “Polşada belə əməllər törətmək üçün ukraynalıları və belarusları cəlb etdiyini” açıqlamışdı. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.