AZ

Putin və Trampın Budapeştdə görüş ehtimalı azalır

Moskvanın son siqnalları danışıqların təxirə salındığını göstərir...

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Moskvadan gələn son siqnallar ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Budapeştdə yaxın vaxtlarda görüşmək şanslarının azalmasına işarə edir.

İlkin mərhələ kimi planlaşdırılan danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak etməsi nəzərdə tutulurdu. Lakin Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, yaxın zamanda belə bir görüşün keçirilməsi gözlənilmir.

“Razılaşdırılmamış bir şeyi təxirə salmaq mümkün deyil,” – deyə Ryabkov bazar ertəsi bildirib. ABŞ-ın CNN telekanalı isə Rubio və Lavrov görüşünün təxirə salındığını xəbər verib.

Ryabkovun bəyanatı Putinin və Trampın yaxın vaxtlarda görüşəcəyi barədə fərziyyələri təkzib edir, – Politico yazır.

Poliqon.info

Seçilən
17
50
poliqon.info

10Mənbələr