AZ

Uestbruk “Sakramento” ilə müqavilə bağlayacaq

2017-ci ildə MBA-nın MVP-si sayılan Rassell Uestbruk “Sakramento” ilə müqavilə bağlayacaq.

36 yaşlı oyun qurucusu yeni komandasına bu həftə qoşulacaq. O, hazırda azad agent status daşıyır.
Ötən mövsüm “Denver”in şərəfini qoruyan Uestbruk 75 oyun keçirib, hər oyunda orta hesabla 13,3 xal toplayıb, 4,9 ribaund edib və 6,1 məhsuldar ötürmə verib.

Müdafiəçi “Denver”ə qədər “Klippers”, “Leykers”, “Vaşinqton”, “Hyuston” və “Oklahoma-Siti”nin də formasını geyib.

Seçilən
84
football-plus.az

1Mənbələr