AZ

Durov Luvrdan oğurlanan zinət əşyalarını geri almağa və BƏƏ-yə qaytarmağa HAZIRDIR – FOTO

Durov Paris Luvrundan oğurlanan qiymətli əşyaları alıb BƏƏ-yə təhvil verməyə hazırdır.

İnterpress.az xəbər verir ki, Telegram-ın təsisçisi Pavel Durov bu barədə O, X sosial şəbəkəsində yazıb.

Durov Parisdəki Luvr muzeyindən baş vermiş oğurluğu “Fransanın tənəzzülünün daha bir göstəricisi” adlandırıb.

“Luvrdakı soyğun məni heç də təəccübləndirmir. Bu, bir vaxtlar böyük ölkənin tənəzzülünün daha bir kədərli əlamətidir, burada hökumət insanları real təhlükələrlə üz-üzə qoymaq əvəzinə, xəyali təhdidlərlə yayındırmaq sənətini təkmilləşdirir”, – o qeyd edib.

Bir istifadəçinin “Mən bunu oğurladım” şərhinə cavab olaraq o, oğurlanmış zinət əşyalarını “məmnuniyyətlə” geri alacağını və BƏƏ-dəki Luvr muzeyinə bağışlayacağını və “Əbu-Dabidəki Luvrdan heç kim oğurluq etmədiyini” deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr