BAKI, 21 oktyabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslim Maqomayevin repertuarından “Синяя вечность» mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər".
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslim Maqomayevin repertuarından “Синяя вечность» mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər. pic.twitter.com/f5Y7zwxUtC
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 21, 2025