
Ermənistan 2026-cı il yanvarın 1-dən məcburi hərbi xidmət müddətini azaldacaq.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan videomüraciətində bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin qış çağırışından başlayaraq, xidmət müddəti iki il deyil, bir il yarım olacaq.