AZ

Abramoviç Türkiyə klubunun rəhbəri ola bilər

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç Türkiyənin “Qalatasaray” klubunun səhmlərinin nəzarət paketini almağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash na Sporte” Telegram kanalı məlumat yayıb.

“Klub bir fond tərəfindən idarə olunur. Bu o deməkdir ki, fondun özü qərar verməsə, onun aktivləri fiziki şəxslərə və ya xarici investorlara satıla bilməz. Buna nail olmaq üçün Abramoviç çox güman ki, sponsorluq və ya infrastruktur tərəfdaşlığı kimi dolayı əməkdaşlıq formalarından istifadə etməli olacaq. Müqavilə başa çatsa, Abramoviç Türkiyə klubunun rəhbəri olacaq”, – deyə bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
107
globalinfo.az

1Mənbələr