Orionid meteor yağışı bu gecə ən parlaq mərhələsinə çatacaq. 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən təsirli meteor yağışlarından biri sayılan Orionid meteor yağışı bu gecə zirvəyə çatacaq. 
2 oktyabrda başlayan və 12 noyabra qədər davam edəcək təbiət hadisəsi Türkiyə və Azərbaycandan da müşahidə olunacaq. 
Meteor yağışını izləmək üçün ən uyğun vaxt, bu gecə gecə yarısından sonradır.
 
                        