AZ

Trampın Portlendə qoşun yeritməsinə icazə verildi

Ajans.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb. Bildirilir ki, apelyasiya məhkəməsinin qərarı Prezident Donald Trampa mühüm hüquqi qələbə qazandırır, çünki onun demokratların nəzarətində olan daha çox regiona hərbi qüvvə yeritməsinə rəvac verir. Apellyasiya instansiyasının qərarı Portlend şəhəri və Oreqon ştatı rəhbərlərinin etirazlarına baxmayaraq qəbul edilib. Məsələn, Oreqon ştatının baş prokuroru Den Reyfild qərarın yenidən nəzərdən keçirilməsinə çağıraraq bildirib ki, bu qərar ABŞ-ni təhlükəli yola sürükləyir, çünki prezidentə heç bir əsas olmadan əsgərləri küçələrə çıxarmaq səlahiyyəti verir. Xatırladaq ki, oktyabrın 4-də Oreqon dairə məhkəməsi Portlenddə immiqrasiya və gömrük polisi (ICE) binası qarşısında etirazların yatırılmasına Ağ Ev tərəfindən milli qvardiya əsgərlərinin cəlb olunması qərarını bloklayıb. Qeyd edək ki, Pertlenddə qeyri-leqal immiqrantlara qarşı tədbirlərdən narazı olanların etirazları iyun ayından etibarən davam edir.

Donald Tramp sentyabrın 23-də "Antifa" hərəkatını terror təşkilatı kimi tanıyan fərman imzalayıb, sentyabrın 27-də isə Pentaqonun başçısı Pit Heqsetə etirazların yatırılması üçün ştata qoşun yeridilməsi tapşırığını verib .

Seçilən
57
1
Ajans.az

2Mənbələr