Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq görüntülərini sosial şəbəkədə yayan sürücü saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, 90-RX-212 dövlət nömrə nişanlı “Dodge” markalı avtomobilin sürücüsü yaşayış zonasında dəfələrlə təhlükəli manevrlər edərək “şou” göstərib. Hadisəyə Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dərhal reaksiya veriblər. Keçirilən tədbirlər zamanı sürücünün 17 yaşlı Qayıbxanov Renat Rüfət oğlu olduğu müəyyənləşdirilib.
Eyni zamanda, onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı məlum olub. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.3-cü maddələri üzrə protokol tərtib edilib.
Bundan başqa, sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini verdiyi üçün avtomobilin sahibi də inzibati məsuliyyətə cəlb olunub.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.