AZ

Tarakanı yandırmaq istəyərkən binanı alovlandırdı

Tarakanı yandırmaq istəyərkən binanı alovlandırdı

Cənubi Koreyanın Osan şəhərində bir qadın evində gördüyü tarakanı yandırmaq istəyəndə binanı oda verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Yerli medianın məlumatına görə, 20 yaşlarında olan qadın əlindəki alışqan və yanıcı sprey ilə böcəyi yandırmaq istədiyi vaxt evdəki əşyalar alışıb.

Qadın daha əvvəl də eyni üsulu istifadə etdiyini, lakin bu dəfə vəziyyətə nəzarəti itirdiyini bildirib. Polis onun barəsində “ehtiyatsızlıqla yanğına səbəb olma və ölümlə nəticələnmə” ittihamı ilə həbs tələbi irəli sürüb.

Yanğın zamanı binanın beşinci mərtəbəsində yaşayan Çin vətəndaşı bir qadın pəncərədən qaçmağa çalışarkən yıxılaraq həyatını itirib.

Qadın yanğını fərq edəndə həyat yoldaşı ilə birlikdə pəncərədən kömək istəyib. Cütlük iki aylıq körpələrini qonşu binadakı sakinə uzadaraq xilas edə bilib. Ana isə binadan özünü atıb. Ağır xəsarətlər alan ana xəstəxanada vəfat edib.

Polis cütlüyün pəncərədən qaçmağa çalışmasının səbəbini yanğın zamanı pilləkən boşluğunun sıx tüstü ilə dolması ilə izah edib.

Yanğın alt mərtəbəsində iş yerləri, ikinci ilə beşinci mərtəbələr arasında isə 32 mənzil olan binada böyük zərərə səbəb olub.

Hadisə nəticəsində 8 nəfər tüstüdən zəhərlənib.

Son illərdə sosial mediada tarakanların yandırılması videolarının populyarlaşması mütəxəssislər tərəfindən təhlükəli bir meyl kimi qiymətləndirilir.

Seçilən
59
afn.az

1Mənbələr