AzVision.az xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə naziri Con HiliLondonda lord-merin iqamətgahındakı çıxışı zamanı belə deyib.
“Sülh mümkündür. Əgər ABŞ prezidenti Donald Tramp sülhə nail ola bilsə, biz sülhün davamlılığının təminatına kömək etməyə hazır olacağıq. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızı yerləşdirməyə hazırlamağı tələb edir”, - Böyük Britaniyanın Müdafiə naziri vurğulayıb.
Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer, lazım gələrsə, britaniyalı hərbçilərini Ukraynada quruda görmək istədiyini açıqlayıb.
- Mən artıq sülh şəraitində istənilən potensial yerləşdirməyə hazırlaşmaq üçün milyonlarla funt-sterlinq vəsaitin ayrılmasını sürətləndirmişəm. Mən xərclərin 100 milyon funt-sterlinqdən çox olacağını gözləyirəm”,- “Sky News” telekanalının yayımladığı çıxışında Con Hili bildirib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta