AZ

Bessent: “Vaşinqton G7 yə ümid edir”

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent belə deyib. “Almaniyanın vitse-kansleri və Maliyyə naziri Lars Klinqbeyllə danışıqlar zamanı Bessent ABŞ prezidenti Donald Trampın administrasiyasının Avropanın bu prosesdə fəal iştirakını gözlədiyini vurğulayıb. O, həmçinin BMT-nin reaksiyasından sonra İrana qarşı mümkün əlavə sanksiyalar məsələsində Vaşinqtonun Almaniya və avropalı tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib”, - ABŞ Maliyyə nazirliyinin yaydığı məlumatda qeyd edilir. Xatırladaq ki, oktyabrın əvvəlində G7-nin maliyyə nazirləri Rusiyaya təzyiq göstərmək üçün səylərini birləşdirməyə razılaşıblar. Birgə bəyanatda qeyd olunub ki, G7 ölkələri “ Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün geniş seçim variantları” hazırlayır. - Digər məsələlərlə yanaşı, bu tədbirlərə yurisdiksiyalarımızda bloklanmış bütün Rusiya aktivlərinin koordinasiyalı istifadəsi daxildir”, - sənəddə deyilir. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
azvision.az

1Mənbələr