“Barselona” hücumçusu Robert Levandovskinin müqaviləsini yeniləməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, katalon klubunun rəhbərliyi polşalı forvetlə yeni sözləşmə imzalamağı planlaşdırmır.
35 yaşlı Levandovskinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. Klub rəhbərliyi hücum xəttində gəncləşməyə üstünlük vermək niyyətindədir.