AZ

Baş naziri yaralayan yazıçı 21 il müddətinə azadlıqdan məhrum olundu

Slovakiya məhkəməsi yazıçı Yuray Tsintulanı 2024-cü ilin mayında baş nazir Robert Fitsoya sui-qəsd cəhdinə görə 21 il həbs cəzasına məhkum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dennik N” nəşri yazıb.

Yuri Tsintula terrorizm haqında maddə üzrə təqsirli bilinib. Banska Bıstritsa şəhərinin İxtisaslaşdırılmış Cinayət Məhkəməsi maksimum cəza təyin etməmək qərarına gəldiyindən təqaüdçünü ömürlük həbs cəzasına məhkum etməyib.

Xatırladaq ki, ötən il mayın 15-də Handlova şəhərində baş nazirə sui-qəsd olunmuşdu. Ona bir neçə dəfə atəş açan 72 yaşlı Yuray Tsintula hadisə yerində saxlanılmışdı. Güllə yaraları ilə xəstəxanaya aparılan baş nazir əməliyyat olunmuşdu.

Xatirə SADİQ

Seçilən
92
nocomment.az

1Mənbələr