
Fransanın keçmiş Prezidenti Nikola Sarkozi bu gün həbsxanaya yerləşdirilib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, o, paytaxt Parisdəki Sante həbsxanasına göndərilib.
Qeyd edək ki, Nikola Sarkozi Liviyanın sabiq lideri Muammer Qəddafinin hesablarındakı pul vasitəsilə qeyri-qanuni şəkildə seçki kampaniyasını maliyyələşdirməkdə ittiham olunaraq 5 illik həbs cəzasına məhkum edilib.
Daşqın HəsənovMissiya.Az