Slovakiya məhkəməsi Baş nazir Rober Fitsoya sui-qəsd törətməkdə ittiham olunan yazıçıya hökm oxuyub.
APA “Associated Press”ə istinadən xəbər verir ki, Juraj Tsintula 21 il müddətinə azadlıqdan məhrum edilib.
Onun apelyasiya məhkəməsinə şikayət etmək hüququnun olduğu bildirilib.
Qeyd edək ki, yazıçı 2024-cü il mayın 15-də Handlova qəsəbəsində tərəfdarları ilə görüşən Baş nazirə atəş açıb.