AZ

Bu ölkədə ilk dəfə Baş nazir qadın oldu

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) liderlik seçkilərində qalib gələn Takaiçi Sanae ölkənin ilk qadın Baş naziri kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Japan Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Yaponiya parlamentinin iclasında keçirilən səsvermədə 65 yaşlı Takaiçi 465 səsdən 237-sini toplayıb.

Qeyd edək ki, Yaponiyanın Baş naziri İşiba Şiqeru sentyabrın əvvəlində istefa vermişdi.

Seçilən
49
publika.az

1Mənbələr