AZ

Bayden xərçəng xəstəliyindən... - Mətbuat xidmətindən açıqlama

ABŞ-ın keçmiş prezidenti Co Bayden prostat vəzi xərçənginin aqressiv formasının şüa müalicəsini başa çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə “The Hill” Baydenin mətbuat katibinə istinadən yazıb.

Katib bildirib ki, ABŞ-ın 46-cı prezidenti bazar ertəsi xərçəngə qarşı şüa terapiyasını başa vurub və özünü yaxşı hiss edir. Müalicə bir neçə həftə davam edib.

O, Baydenin başqa bir müalicə kursuna ehtiyacı olub-olmayacağı ilə bağlı həkimlərin proqnozlarını şərh etməkdən imtina edib.

Qeyd edək ki, 82 yaşlı Bayden keçən ay da dəri xərçəngindən müalicə almışdı.

Seçilən
103
publika.az

1Mənbələr