AZ

Daha bir Avropa ölkəsində skuterlər qadağan edilir

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada 2026-cı ilin yanvar ayından etibarənelektrik skuterləri qadağan ediləcək .

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Praqa meriyasının rəsmisi Zdenek Hrib yayılan məlumatıtəsdiqləyərək, elektrik skuterlərin şəhərdə avtomobil və piyadayollarında “xaos” yaratdığını bildirib.

Onun sözlərinə görə, skuterlərdən hazırda nəqliyyat vasitəsikimi yox bir “turistik atraksion” kimi istifadə edirlər.

Gələn ildən etibarən qüvvəyə minəcək qaydaya əsasən, elektrikskuterlərin icarəsi xidmətləri ləğv olunacaq.

Qeyd edək ki, bundan qabaq oxşar qadağalar Paris və Madridşəhərlərində tətbiq olunmuşdu.

Məqalədə:
Seçilən
109
2
az.trend.az

3Mənbələr