Bu gündən Fransanın keçmiş prezidenti Nikola Sarkozi cəzasını çəkmək üçün Paris həbsxanasına göndərilib.
NOCOMMENT.az bu barədə BFMTV-yə istinadən xəbər verir.
Məlumata görə, bu, onun hpkmün icrasının təxirə salınması şərti ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsindən sonra baş verib.
Buna baxmayaraq, Sarkozinin vəkilləri onun azadlığa buraxılması üçün vəsatət qaldırmaq niyyətindədirlər. “Bir gecə həbsdə qalmaq həddən artıq çoxdur. Apellyasiya məhkəməsinin onun azadlığa buraxılmasını rədd etmək üçün heç bir obyektiv əsası yoxdur. Lakin hüquqi qeyri-müəyyənlik mövcuddur və biz bunun öhdəsindən gələcəyik”, – deyə vəkillərdən biri bildirib.
Xatırladaq ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci ildə prezidentlik kampaniyası üçün vəsait almaq məqsədilə Liviyanın diktator rəhbəri Müəmmər Qəddafinin hakimiyyəti ilə cinayəti sövdələşməyə dair iş üzrə təqsirli bilinib. Məhkəmə iddiasına görə, bu addımı Sarkozinin yaxın köməkçiləri atıb.
Xatirə SADİQ