AZ

“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Əhalinin tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalına diqqətin artırılması, eləcə də gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin, “Araz” supermarketlər şəbəkəsinin, “Azərsun Holdinq”in, “Təkan” İctimai Birliyinin, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Bakı Dövlət Universitetində baş tutan tədbir gənclərin, tələbələrin və vətəndaşların böyük marağına səbəb olub. Festival çərçivəsində iştirakçılar ümumi tutumu 3410 litr olan plastik, 685 litr olan şüşə tullantı və 1481 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin interaktiv maarifləndirici fəaliyyətlər təşkil olunub.
Bu təşəbbüs ekoloji mədəniyyətin formalaşmasına, vətəndaş məsuliyyətinin artırılmasına və tullantıların düzgün idarə olunmasının təşviqinə mühüm töhfənin bariz nümunəsidir.
Təbiəti qoru, tullantını dəyərə çevir!
Seçilən
24
2
ekologiya.az

3Mənbələr