Sabunçu rayonunda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2009-cu il təvəllüdlü Y.Q. yaşadığı evin həyətində münaqişə zəminində həmyerlisi 1980-ci il təvəllüdlü Emil Çingizoviç Əliyevin qol və kürək nahiyəsinə bıçaqla vurub öldürüb.
Y.Q. polis əməkdaşları tərəfindın tutularaq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.