Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Xezerxeber.az xəbər verir ki, Neftçilər prospektində “BakuBus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.
Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.