AZ

Tokayev İlham Əliyevə: Mən üçün böyük şərəfdir

BAKI, 21 oktyabr. TELEQRAF

“Dövlət səfəriniz çərçivəsində sizi Qazaxıstanda salamlamaq mənim üçün böyük şərəfdir”.

Teleqraf xəbər verir ki, bunu Astanda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Bu, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişafı baxımından çox mühüm hadisədir. Qazaxıstan və Azərbaycan təkcə dost ölkələr deyil, həm də qardaş xalqlardır. Ona görə də biz ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafına böyük əhəmiyyət veririk. Hazırda Azərbaycan sizin güclü rəhbərliyinizlə beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb və öz regionunda nüfuzlu dövlət kimi çox mühüm rol oynayır. Bizim üçün Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın və siyasi tərəfdaşlığın gücləndirilməsi çox aktual vəzifədir”, - Qazaxıstan dövlət başçısı bildirib.

Seçilən
68
teleqraf.com

1Mənbələr