AZ

Gümrünün meri 4 milyon rüşvət alıb Məhkəmə 2 aylıq həbs qərarı verib

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistan hüquq-mühafizə orqanları Gümrü şəhər merliyində istintaq tədbirləri keçirib.

“AzPolitika” İstintaq Komitəsinin yaydığı məlumata istinadla bildirir ki, Vardan Qukasyan və daha 7 nəfər, o cümlədən Gümrü şəhərinin baş memarı Henrik Qasparyan, 4 milyon dram rüşvət almaqda ittiham olunaraq saxlanılıblar. Onlar barəsində prokurorluğun təqdimatı ilə məhkəmə 2 aylıq həbs qərarı verib.

Şəhər meri Vardan Qukasyan ittihamı qəbul etmir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azpolitika.info

2Mənbələr