AZ

Tramp mühüm hazırlığa başladı: ilk addım

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ Prezidenti Donald Trampın Budapeştə səfərinə hazırlıq üçün Vaşinqtona gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir X sosial hesabında paylaşım edib.

O, ciddi günlərin yaxınlaşdığını bildirib.

Naziri hava limanında amerikalı nümayəndələr qarşılayıblar.

Qeyd edək ki, oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında səkkizinci telefon danışığı olub. Onlar yaxın iki həftə ərzində Macarıstanın paytaxtında baş tuta biləcək yeni görüş barədə razılığa gəliblər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
globalinfo.az

1Mənbələr